"Pley-off şansımız çox azaldı, amma nəfəs aldığımız müddətdə..."

Basketbol üzrə “Gəncə” komandasının baş məşqçisi Bedri Meriç "Sərhədçi" ilə oyundan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, məğlubiyyəti şərh edən türkiyəli mütəxəssis görüşə çox yaxşı başladıqlarını söyləyib: "Qalib gəlməyi hədəflədiyimiz oyun idi. Ona görə də çox çalışmışdıq. Start bizim üçün yaxşı da alındı. Təəssüf ki, rəqibin müdafiədəki sərtliyinə cavab verə bilmədik. İlk periodda ortaya qoyduğumuz oyunu digər hissələrdə göstərməkdə çətinlik çəkdik. Çox məyusuq. Pley-off şansımız çox azaldı. Amma nəfəs aldığımız müddətdə mübarizə aparmağa davam edəcəyik. Bizi dəstəkləyən hamıya təşəkkür edirik".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC