Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" Portuqaliya 21-ci turunda "Sportinq"ə 0:5 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, komandanın baş məşqçisi Artur Jorje qarşılaşmadan sonra açıqlamasında ağır məğlubiyyəti unutmalı və "Qarabağ"la oyunu köklənməli olduqlarını bildirib: "Başımızı qaldırmalı və irəliyə baxmalıyıq. Təəssüflənmək üçün vaxtımız azdır. Cümə axşamı "Qarabağ"la vacib bir matçımız var. Avropa səyahətimizə çətin oyunla davam edəcəyik. Bu, bizim üçün çox vacib oyun olacaq. İndi “Sportinq”lə görüşü unutmalı və "Qarabağ"la oyuna köklənməliyik".
Qeyd edək ki, "Braqa" - "Qarabağ" qarşılaşması fevralın 15-də Bakı vaxtilə saat 00:00-da baş tuttacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC