"Kəpəz" "Səbail"lə Qəbələdəki matçda hakim idarəçiliyindən narazı qalıb

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXII turunda "Səbail"ə uduzduqları oyunda hakim idarəçiliyindən narazı qalıb.

Presssport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi rəsmi “Facebook” hesabında paylaşım edib: "Verilən qərarlarla BARIŞmırıq! “Səbail” ilə oyunun 44-cü dəqiqəsində qapımıza təyin olunan penalti epizodundan əvvəl künc zərbəsi zamanı rəqib futbolçu Amil Yunanovu arxadan itələsə də, baş hakim Nicat İsmayıllı qayda pozuntusu qeydə almadı. Eyni epizodun davamında Junior Martinsin zərbəsindən sonra top “Səbail”in oyunçusuna toxunaraq meydanı tərk etdi. Laysman topun rəqibdən çıxdığına işarə edərək bayrağını müvafiq istiqamətə yönləndirsə də, baş hakim yenə fərqli qərar qəbul etdi. Son nəticədə epizodun davamı qapımıza penalti ilə nəticələndi. 48-ci dəqiqədə komandamızın yerinə yetirdiyi künc zərbəsi zamanı rəqib futbolçu Rüfət Abdullazadə cərimə meydançasında hər iki əli ilə topla oynasa da, referi VAR-a ehtiyac duymadı", - klubun bəyanatında vurğulanıb.

Qeyd edək ki, görüş bölgə klubunun 1:4 hesablı məğlubiyyəti ilə bitib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC