Azərbaycanın kişilərdən ibarət basketbol millisi Türkiyənin İstanbul şəhərində 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına start verib.
Presssport.az xəbər verir ki, yığma komanda baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi altında gündə iki dəfə olmaqla həm fiziki, həm də taktiki məşqlər edir.
Fevralın 21-nə qədər davam edəcək təlim-məşq toplanışına bu basketbolçular qatılıblar: Amil Həmzəyev, Orxan Aydın, Zaur Paşayev, Endər Poladxanlı, Nəzər Quliyev, Əkbər Məmmədov, Kamran Məmmədov, Ulaş Turgut, Cəbrayıl Əkbərov, Elşad Şirzadov, Şirzad Şirzadov, Fikrət Ələkbərov, Rəşid Abbasov, Səid İsmayılov, Sadettin Donat, Ercan Donat. Millimizin digər iki üzvü Zek Ledey və Donta Hol komandaya İsveçrədə qoşulacaqlar.
Hazırlıq prosesinin sonunda məşqçilər korpusu tərəfindən 12 basketbolçu yekun heyətə cəlb olunacaq.
Yığmamız təsnifat mərhələsində ilk görüşünü fevralın 22-də, Bakı vaxtı ilə saat 22:00 -da səfərdə İsveçrəyə, ikinci oyununu isə fevralın 25-də Bakıda Kosovoya qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC