"Qarabağ"ın portuqaliyalı futbolçusu Leandro Andrade Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Braqa" ilə matçdan əvvəl bu ölkənin mətbuatına müsahibə verib.
Presssport.az xəbər verir ki, əslən Kabo-Verdedən olan yarımmüdafiəçidi bu mərhələdə "Braqa" ilə qarşılaşdıqları üçün xoşbəxt olduğunu deyib: "Portuqaliyada oynamış komanda yoldaşlarım püşkdə “Braqa” və ya “Benfika”nın düşməsini istəyirdilər. Mən də hər hansı mərhələdə Portuqaliya klublarından biri ilə qarşılaşmaq istəyirdim. Püşkdən sonra ailəmlə danışdım, onlar da stadionda olacaqlar. Bizi möhtəşəm matç gözləyir. Özümüzə güvənirik. Qələbə üçün əlimizdən gələni edəcəyik. “Braqa”nı tam öyrənmişik, güclü tərəflərini, yararlana biləcəyimiz nöqtələrini, sistemimizin necə işləyəcəyini müəyyənləşdirmşik”.
Leandrdo “Braqa”nın təcrübəli futbolçusu, pərəstişkarı olduğu Joao Moutinyo ilə qarşılaşmağı səbirsizliklə gözlədiyini qeyd edib: "O da mənim kimi Alqarvedəndir. Atası mənim atam Viva Andradenin futbolçu olduğu vaxt məşqçisi olub".
Andrade ona edilən transfer təkliflərindən də bəhs edərək, baaşqa komandaya keçmək imkanının olduğunu vurğulayıb: "Lakin "Qarabağ" məni komandada saxlamaq istədi. Yeni müqavilə imzaladım".
Xatırladaq ki, "Braqa" - "Qarabağ" matçı fevralın 15-da saat 00:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC