Bu gün “Turan" PFK-nin yaranmasından 32 il ötür.
Presssportaz xəbər verir ki, bu münasibətlə “Turan Tovuz”in İdarə Heyətinin sədri Ehtiram Quliyev “Facebook”dakı şəxsi hesabında paylaşım edib:
“14 Fevral - Sevgililər günü - Sevgilimə məktub!
Gözəllər içindən tək səni seçdim,
Qəlbimi mən sənə, tək sənə verdim!
Sevgilim bu gün 32 yaşında...
Düz 32 il öncə, qışın oğlan çağında dünyaya gəlib o.
Çox çətinliklər görüb. Gah müharibə, itkilər, gah da aclıq, səfalət.
Hələ uşaqikən qazsız, işıqsız şəraitdə - yarı ac, yarı tox böyüyüb. Odun peçinin tüstüsündə isinərək yaşa dolub.
Bəzən ata-analı, bəzən yetim.
Uşaqlıqdan çarəsizliyin nə olduğunu bilib o.
Çarə axtarıb çarəsiz üzlərdə, əllərdə...
Bəzən çətinliklərdə yoğrulmuş 100 yaşlı qarının təmkini var üzündə...
Bəzən də uşaqlığını yaşamamış, ona doymamış, böyümək istəməyən körpə kimidir o.
Amma artıq əli əlimdə, gözü gözümdədir.
Səhəri onunla açıb, gecə ən son onun xəyalıyla yatıram mən. Və bu xəyalla yaşayan tək mən deyiləm. 32 ildir onu böyümüş, inkişaf etmiş görmək çoxlarının arzusudur. Yay demədən, qış demədən onu izləməyə gələn hər kəsin sevdasıdır o!
Dilimdəsən gündüz gecə, sətir-sətir, heca-heca!
Doğum günün mübarək, Turan Tovuz PFK!”
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC