Marko Yankoviç: "Hələ ki ideal formada deyilik"

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı” üzərində qazandıqları 3:2 hesablı qələbəni şərh edib. 

Presssport.az xəbər verir ki, moneteneqrolu futbolçu qalib gəlmələrinə baxmayaraq, hazırda ideal formada olmadıqlarını söyləyib: “Qış fasiləsindən sonra yeni ildə ilk oyunumuz idi. Hələ ki ideal formada deyilik. Bunun üçün bir neçə matça ehtiyac var. Bəzi səhvlərimiz oldu. Texniki, yaxud mövqe seçimi baxımından. Lakin istənilən halda 3 xal götürdük. Bundan sonra daha yaxşı çalışmalıyıq ki, növbəti oyunlarda da istədiyimiz nəticələri əldə edək”.

Yankoviç gələn həftə Avropa Liqasının Liqa mərhələsində Rumıniyanın FSCB klubuna qarşı keçirəcəkləri matçdan da söz açıb: “Daha çətin olacaq. Başqa səviyyə, başqa sürət... Hazırda daha bir neçə gün məşq etmək üçün vaxtımız var. Öz meydanımızda oynayacağıq. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik” (qol.az). 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC