“Neftçi” xaricdən məşqçi gətirib

“Neftçi”nin məşqçilər korpusunda yeni təyinat baş verib.

Presssport.az xəbər verir çi, Boqdan-Kornel Merişanu Samir Abasovun ekibinə daxil olub.

Fiziki hazırlıq üzrə mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Bu, rumıniyalı məşqçinin paytaxt klubuna ilk gəlişi deyil. O, 2022-2023-cü illər aralığında da “ağ-qaralar”a xidmət edib.

Həmin vaxt komandanın baş məşqçisi olan Lorentsiu Regekampfla birgə çalışıb.

Regedən fərqli, həmyerlisi yaddaşlarda yaxşı iz buraxıb. İstər idarəçilər, istər işçilər, istərsə də futbolçular Merişanunun fəaliyyətindən razı qalıb.

Onların ümumi rəyinə görə, rumın mütəxəssis öz işinin peşəkarıdır və məsul olduğu sahəni əla bilir.

Bu qayıdış da həmin təəssüratın nəticəsidir. Samir Abasovun komandanın ümumi fiziki durumu barədə raportunu incələyən yönətim onunla əlaqə yaradıb, ikinci dəfə Bakıya dəvət edib (sportinfo.az)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC