Tacikistan millisinin futbolçusu rəsmən "Kəpəz"də

Transfer çalışmalarını davam etdirən “Kəpəz” növbəti keçidi rəsmiləşdirib.

Presssport.az xəbər verir ki, Gəncə klubu Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb.

24 yaşlı futbolçu ilə “6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.

Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər Vətənində çıxış edib. Onun son klubu “İstiklol” olub.

Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC