“Qəbələ” qış hazırlığı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə üz-üzə gəlib. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.
Kaxaber Sxadadzenin komandasının üstünlüyü ilə keçən matçın ilk yarısında 2 qol vurulub. Belə ki, Saheed Akorede və Murad Musayev rəqib qapısına yol tapıb.
Fasilədən sonra “Qəbələ” daha 2 dəfə fərqlənib. Hər 2 qolu Domi Massoumo vurub.
Beləliklə, “qırmızı-qaralar” yoxlama oyununda 4:0 böyükhesablı qələbə qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC