"Səbail"dən yubiley qolu

"Səbail" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü qolunu vurub.

Presssport.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının XIX turuna təsadüf edib.

Belə ki, “Sumqayıt”la səfər görüşündə (2:0) hesabı açan Rüfət Abdullazadə komandasının 200-cü qolunun müəllifi olub. Bu rəqəmi 201-ə də çatdıran “Səbail” Premyer Liqadakı 223-cü matçında buna nail olub. Paytaxt təmsilçisi evdə 102, səfərdə 99 qola sevinib.

“Dənizçilər" ölkə çempionatları tarixində 200 və daha çox top vuran 23-cü komandadı

Xatırladaq ki, “Səbail” ilk qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə səfər oyununda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC