Lider 2 braziliyalı oyunçu transfer edib

"Baku Fire” 2 braziliyalı futzalçı ilə anlaşıb.

Presssport.az Azərbayca Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Paulo Henrike Alves de Souza və Henrike Suares Qimaraeş yaya qədər karyeralarını paytaxt təmsilçisində davam etdirəcək.

22 yaşlı futzalçılardan Paulo hücumçu, Qimaraeş isə müdafiəçidir. 

Henrike sonuncu dəfə Vətənində AABB, Henrike Suares isə "ADİ İndaiatuba" klubunda çıxış edib.

Əvəzində Amadeu komandadan ayrılıb. O, Braziliyanın “Marreko” klubuna transfer olunub.

Xatırladaq ki, "Baku Fire" 8 oyundan sonra 22 xalla Yüksək Liqanın turnir cədvəlinə başçılıq edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC