"Tamaça şans verməliyik, o, komandamızdan yaxşı formada ayrılmamışdı"

Rumıniyanın "Sepsi" klubunun sahibi Laslo Dioşeqi "Neftçi"dən ayrılaraq onun komandasına keçən macarıstanlı müdafiəçi Mark Tamaşın geri dönüşünə münasibət bildirib.

Presssport.az xəbər verir ki, o, Bakı təmsilçisinin keçmiş legioneri haqda bunları deyib: "Bəli, Mark Tamaş qayıtdı. Ona şans verməliyik. O, komandamızdan yaxşı formada ayrılmamışdı. İstənilən futbolçu gərgin vəziyyətlərdə artıq söz danışa bilər. Tamaş yaxşı futbolçudu".

Xatırladaq ki, Tamaş 2023-cü ilin yayında “Sepsi”dən “Neftçi”yə keçmişdi. Daha sonra rumınların onu buraxmaq istəmədiyini öyrənən mərkəz müdafiəçisi Azərbaycan klubuna keçmək niyyətində olduğunu bildirərək qalmaqal yaratmışdı. “Sepsi” isə bu transferdən 150 min avro qazanmışdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC