"Bu gün bizdə heç nə alınmadı, müdafiədə bərbad oynadıq" - Berdiyev

"Turan Tovuz" Misli Premyer Liqasının 19-cu turunda Tovuz şəhər stadionunda "Kəpəz"ə 2:5 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq ağır məğlubiyyəti şərh edib.

- "Kəpəz" layiqli qələbə qazandı. Onları təbrik edirəm. Planlaşdırdıqlarımızı edə bilmədik. Bizdə bu, alınmadı.

- Son 8 oyunda 1 qələbə var. Səbəbi nədir?

- Təbii ki, müəyyən səbəbləri var. Sırf bu oyuna gəldikdə, bu gün heç nə alınmadı. Digər matçlara baxsaq, pis oynamamışdıq. Təhlillər edib səbəbləri axtaracağıq. Bu gün müdafiədə bərbad oynadıq.

- Orxan Əliyevi transfer etməyinizin səbəbi nədir?

- Orxan pis futbolçu deyil. İlk matçıdır, bir az həyəcan var idi, Yavaş-yavaş düzələcək.

- Planlaşdırdığınız nələr alınmadı?

- Sadiq Quliyev ilk dəfədir oynayırdı, Araş Qaderi xəstəlikdən sonra qayıdıb. Müdafiədəki problemlər öz təsirini göstərdi. Standart vəziyyətlərdə ciddi səhvlərimiz var idi. Belə qollar buraxacağımızı gözləmirdik. Çünki standart vəziyyətlərin üzərində çox işləyirdik.

- Klub rəhbəriniz Ehtiram Quliyev bildirib ki, Kurban Berdiyev bizə avrokuboklar sözü verib. Bunun komandaya psixoloji təsiri oldu?

- Xeyr. Məqsəd eyni olaraq qalır. Sadəcə, nəticələr çıxarıb yolumuza davam etməliyik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC