Samir Abasov: "Bu problemlər bir günlə düzəlməyəcək”

“Həddindən artıq ümidli, motivasiyalı idik”.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XIX turunda "Sabah"la oyundan (1:1) sonra bildirib.

47 yaşlı mütəxəssis futbolçuların yaxşı mübarizə apardığını vurğulayıb: “Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik. Həddindən artıq ümidli, motivasiyalı idik. Qəbələdə baş tutan toplanışda klubumuzun televiziyasına müsahibəmdə hazırlığın necə möhtəşəm keçdiyini demişdim. İnanmıram ki, futbolçular bu gün bir xal üçün oynayırdılar. Fikirləşirəm ki, maraqlı görüş alındı. Qol epizodları çox olmadı deyə, oyun kiməsə maraqsız gələ bilər, amma futbolçularım yaxşı mübarizə apardılar. İşimiz o qədər çoxdur ki... Düzdür, bu oyunda futbolçularım intizamı sona qədər qoruyub saxladılar. Rəqibə çox şans vermədik. Lakin meydanda intizamı, psixoloji məqamları düzəltməliyik, “Neftçi” adına çoxlu hücumlar etməliyik. Bu problemlər bir günlə düzəlməyəcək”.

Xatırladaq ki, "Neftçi" 19 turdan sonra 18 xalla 7-ci yerdə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC