Momo rəsmən "Sumqayıt"da

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətinə yeni hücumçu qatıb.

Presssport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

O, yeni komandasında “11 nömrə”li formada çıxış edəcək.

Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı, "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. 27 yaşlı forvard Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC