Həndbol Federasiyası məşqçilər üçün seminar təşkil edib

Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün 2 günlük seminar keçirib.

Presssport.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan tədbirdə ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak edib.

AHF-nin İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov federasiyanın iş planı barədə danışaraq yeni mövsümdə I Liqa yarışlarının keçiriləcəyini diqqətə çatdırıb.

Həmçinin gələcəkdə nəzərdə tutulan zona yarışlarının vaxtı, məkanı və yeni qaydalar ilə bağlı ətraflı məlumat verilib.

Tədbirdə “Kür”ün baş məşqçisi Nasser Salimi həndbolun texnikası və taktikası mövzusu üzrə çıxış edib.

Həndbol məşqçiləri ilə ətraflı müzakirələrdən sonra onlara toplar və sertifikatlar təqdim edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC