"Qarabağ"ın futbolçusu Riçard Almeyda Olavio Juninyonun "Flamenqo"ya keçidi ilə bağlı fikirlərini açıqlayıb.
Presssport.az xəbər verir ki, Braziliya mətbuatına danışan Riçard bu transferdən sonra Vətənində insanların "Qarabağ" haqda məlumatlı olduğunu söyləyib: "Juninyo mobil hücumçudur. O, müdafiəçini təhlükədən qurtulduğunu düşünməyə vadar edir. Qurbanı özünə gələndə Juninyo artıq rəqibinin yanındadı və topu ondan oğurlayır. "Bayer"ə vurduğumuz qola (2:2) baxa bilərsiniz. O, topu oğurlayaraq, məhsuldar ötürmə etmişdi. İkinci qol epizodunda Patrik Andrade topla boş zonaya qaçan Juninyoya topu ötürərək möhtəşəm qola imza atıb".
Braziliyalı həmkarlarımız Almeydaya “Flamenqo”nun hücumçusu Pedro Juninyo birlikdə oynaya biləcəkmi” sualını ünvanlayıb: “Pedro rəqibin cərimə meydançasında daha çox işləyir, Juninyo isə daha hərəkətlidi. Birlikdə əla oynaya bilərlər”.
Riçard baş tutmayan “Sevilya” variantından da söz açıb: “Onu çox istəyirdilər. Az qala razılığa gəlirdilər, amma o gün dedi ki, “Flamenqo” danışıqlara qarışıb, nə edəcəyimi bilmirəm. Juninyoya cavab verdim ki, Allah ona doğru yolu göstərəcək. Qərarı ürəyi ilə verdi. Juninyo istədiyi şeydə çox israrlıdı. Hər kəs Braziliyaya qayıtmağı xəyal edir. Orda bir çox insan mənimlə görüşəndə haqqımda heç nə bilmir. Çoxları Azərbaycana, liqamıza yuxarıdan aşağı baxır... Amma indi “Qarabağ”dan xəbəri var, çünki Juninyo ordan gəlib”.
36 yaşlı milliləşdirilən braziliyalı yarımmüdafiəçi “Flamenqo”nun idman direktoru Botonun müsahibəsinə baxdığını vurğulayıb: "O deyib ki, futbolçunun hardan gəlməsinin fərqi yoxdu: Azərbaycan, Qazaxıstan və ya başqa ölkədən. Futbolçu profilə uyğundursa və taktiki cəhətdən məşqçiyə uyğundursa, imza atmağa dəyər".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC