"Borussiya" Nuri Şahini qovdu - RƏSMİ

Dortmund "Borussiya"sı baş məşqçi Nuri Şahinlə bağlı qərar verib.

Presssport.az xəbər verir ki, Bundesliqa təmsilçisi 36 yaşlı türkiyəli mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şahin Çempionlar Liqası Liqa fazasının 7-ci turunun "Bolonya" ilə matçından (1:2) sonra istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Şahin cari mövsümün əvvəlində "Borussiya"nı çalışdırırdı. Komanda Bundesliqada 18 turdan sonra 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Dortmund təmsilçisi Çempionlar Liqasında isə 7 turdan sonra 12 xalla 3-cü yerdədi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC