Juninyo təqdimatında Braziliyadan başqa təkliflərinin də olduğunu etiraf edib: "Azərbaycan çox gözəl bir ölkədi və onu görməyə getməyi tövsiyə edirəm"

“Sao Paulo” ilə oyunu izlədim və inanıram ki, “Flamenqo”ya çox yaxşı uyğunlaşacam. Burda olmaqdan çox xoşbəxtəm və motivasiyam yüksəkdi”. 

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”dan “Flamenqo”ya transfer olunan Olavio Juninyo deyib.

28 yaşlı braziliyalı hücumçu rəsmi təqdimat mərasimində başqa təklifləri olduğunu da deyib: “Keçən il Braziliyaya qayıtmaq üçün başqa təkliflər aldım, amma qəbul etmədim. Vətənə qayıtmaq istəmirdim. “Flamenqo”da oynamaq isə hər bir oyunçunun arzusudu. Menecerlərim mənə belə bir təklifin olduğunu deyəndə inanmadım. Dəvəti heç düşünmədən qəbul etdim”.

“Qarabağ”dan 5 milyon avroya transfer olunan Juninyo deyib ki, “Flamenqo” həmişə nəhəng klub olub: "Lakin son illərdə daha böyük möhtəşəmlik görürük. “Flamenqo” bütün titullar üçün mübarizə aparır. Azərbaycanda insanlar “Flamenqo”nu tanıyır. Azərbaycan çox gözəl bir ölkədir və onu görməyə getməyi tövsiyə edirəm. Orada çox gözəl şeylər var. Qurduğum dostluqlar üçün darıxacam”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC