"Neftçi” növbəti transferini rəsmiləşdirib.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Daha öncə "Sabah"dan ayrılan Elvin Camalov "ağ-qaralar"la 1,5 + 1 il şərti ilə müqavilə imzalayıb. 29 yaşlı dayaq yarımmüdafiəçi “4 nömrə”li formanı geyinəcək.
Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah”da da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC