"Neftçi"nin yeni transferindən açıqlama: "Bu həyəcanı yenib, komanda üçün faydalı olmağa çalışacam"

"Neftçi" kimi tarixi zəngin olan və böyük bir klubda olmaq böyük hissdir. Çox həyəcanlıdır. İnşallah, bu həyəcanı yenib, komanda üçün faydalı olmağa çalışacam".

Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Elvin Camalov klubun mətbuat xidmətinə verdiyi açıqlamasında deyib. 

O, "ağ-qaralar"ın uğurlara nail olması üçün çalışacağını bildirib: 

"Ümid edirəm və inanıram ki, "Neftçi" daha yuxarı yerlərdə olacaq. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Daha yaxşı nəticələr qazanmaqda mən də pay sahibi olmaq üçün ən yaxşısını edəcəyəm. Hər bir futbolçunun arzusu olduğu kimi, mən də bu arzuya nail olduğum üçün sevincliyəm". 

29 yaşlı yarımmüdafiəçi Bakı klubunda olmağın böyük məsuliyyət olduğunu deyib: "Bu, bir arzu, sevinc olduğu kimi də, burada olmaq böyük məsuliyyət də tələb edir. Çünki burada azarkeşlərin istəyi və gözləntiləri daim yuxarılardır. Mən də azarkeşlərə dəstəklərini əsirgəməməklərini söyləmək istəyirəm. İnanıram ki, azarkeşlər də "Neftçi"ni sevdiyi kimi, hər bir futbolçuya qiymət verdiyi kimi, mən də "Neftçi" camiəsinin əsas və sevilən futbolçusu olaraq dəstəklərini davam etdirməklərini gözləyirəm.

Çünki "Neftçi" böyük camiədir. İnşallah, uğura nail olacağıqsa, bir yerdə edəcəyik. Düşünürəm, əsas məqsədimiz çempionatda oyundan oyuna 3 xalları qazanıb maksimum yuxarı qalxmaq və ölkə kubokunun qalibi olaraq avrokuboklara vəsiqə qazanaq". 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC