"Braqa"nın futbolçusu Paulo Oliveyra Avropa Liqası pley-off mərhələsinin "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Presssport.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi məsuliyyətli və ciddi olmalı olduqlarını açıqlayıb: "Nəticələrə və növbəti oyunlara görə yaşayırıq. "Qarabağ" çempionatında o qədər də rəqabət olmayan və Portuqaliyada çıxış etmiş oyunçuların sayı çox olan komandadı. Mürəkkəb oyun olacaq. Yaxşı nəticə əldə etmək üçün bir-birimizə sadiq qalmaq istəyirik. Bilməliyik ki, bu, pley-off mərhələsidir, sabah burda heç nə həll edilməyəcək. Nə qədər məsuliyyətli və ciddi olsaq, növbəti oyun üçün bir o qədər çox üstünlük əldə edə bilərik. Evdə, azarkeşlərimizlə oynamaq işimizi görmək üçün yaxşı fürsətdi".
Futbolçunun sözlərinə görə, çempionatın son turunda “Sportinq”ə 0:5 hesabıyla uduzduqları matçda istədikləri oyunu oynamadığın fərqindədirlər: "Sabaha baxmaqdan başqa yol yoxdu. Son oyunun nəticəsi işimizi və klubun fəlsəfəsini əks etdirmir. Keyfiyyətimizi nümayiş etdirmək və hamımız üçün vacib yarışda irəliləmək üçün əlimizdən gələni edəcəyik".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC