Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
Bu barədə Presssport.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Baş məşqçi İlqar Aslanov 2-si qapıçı olmaqla 12 oyunçunu səfərə aparacaq.
Qapıçılar: Əbdül Hüseynov, Əli Həsənzadə
Oyunçular: Nazim Hüseynov, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Bəyoğlan Vəlizadə, Pünhan Qasımov, Ədalət Ələkbərov, Rəvan Məsiyev, Rəvan Quliyev, Umud Qasımov, Hüseyn Cəfərzadə
Xatırladaq ki, B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün – yanvarın 26-da San-Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San-Marinoda keçiriləcək. Yalnız 1-ci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC