"Səhvlərimizi düzəltməli və daha ciddi şəkildə məşqlərə davam etməliyik" - "Neftçi"nin baş məşqçisi

“Çempionata uğurlu start vermişdik. Son bir neçə oyunumuz istədiyimiz kimi alınmır"

Presssport.az xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Pərviz Səmədov Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Kişilər arasında Azərbaycan Yüksək Liqasının VII turunda “Xilasedici”yə 0:3 hesabı ilə məğlub olan "ağ-qaralar"ın çalışdırıcısı bu mövsüm yaxşı komanda topladıqlarını söyləyib: "Oyunçularımızdan biri cəmi iki turdur ki, komandaya qatılıb. Onun uyğunlaşması üçün zaman lazımdı. Çempionatda daha maraqlı oyunlar qarşıdadı. Səhvlərimizi düzəltməli və daha ciddi şəkildə məşqlərə davam etməliyik. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik və turnir cədvəlində irəliləyəcəyik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC