“Ən qısa zamanda “Qarabağ”la yoldaşlıq matçımız olacaq” – “Qalatasaray” rəsmisi

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında daha bir yoldaşlıq matçı keçiriləcək.

Presssport.az xəbər verir ki, bu barədə İstanbul klubunun İdarə Heyətinin üzvü Emin İmanov məlumat verib.

Matçın ən yaxın zamanda keçiriləcəyini deyən klub rəsmisi dəqiq tarixin hələ ki, müəyyənləşmədiyini bildirib: “Qarabağ”la əməkdaşlığımız yüksək səviyyədə davam edir. Bu il daha bir yoldaşlıq oyunu keçirmək istəyirik. Oyun İstanbulda olacaq. Hər iki komanda Avropa Liqasında çıxış edir. Ona görə də oyun qrafikləri sıxdır. Amma inşallah bir oyun təşkil olunacaq. Vaxtı demək bir az çətindir. Çünki dediyim kimi, komandaların oyun sayı çoxdur. Klub rəhbərliyi arasında danışıqlar gedir. Yəqin ki, ən qısa vaxtda matç keçirilər” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC