Bolqarıstanın “Beroe” klubunun sahibi Hernan Banato “Qarabağ”ın da maraq göstərdiyi argentinalı hücumçusu Leandro Qodoyun potensial satışı ilə bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, Rusiya mətbuatına danışan klub prezidenti Qodoy üçün tələb etdikləri transfer məbləğini də açıqlayıb: "Transfer bazarındayıq və Qodoyla maraqlanan bir neçə klub var. Lakin bu, hər bir klubun özündən asılı olacaq. Onun transfer qiyməti 2,5 milyon avrodu və hansı klub istəyərsə, Leandronun xidmətindən bu cür istifadə edə biləcək".
Xatırladaq ki, Bolqarıstan mətbuatı Qodoyun satınalma məbləğinin 1 000 000 avro olduğunu yazmışdı. 23 yaşlı argentinalıya Moskva “Lokomotiv”i, Sofiya MOİK-i və İsveç klubları da maraq göstərir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC