AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XIX turunda keçirilən “Kəpəz” - “Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Presssport.az xəbər verir ki, görüşdə 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimələnib.
Tovuzluları azarkeşləri daha çox ziyana salıb. Belə ki, klub azarkeşlər tərəfindən meydana kənar əşyalar atılması səbəbindən 800, hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə 1000, pirotexniki vasitədən istifadə edildiyi üçün isə 1500 manat cərimə olunub.
XIX turun "Neftçi" - "Sabah" oyununda meydana kənar şəxs daxil olduğuna görə "ağ-qaralar" 800 manat cərimələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC