Federasiya rəsmiləri istedadlı voleybolçuları müəyyənləşdirmək üçün Naxçıvana gedib

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunan növbəti düşərgə 13-15 fevral tarixlərində Naxçıvan Muxtar Respublikasında baş tutub.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi çərçivəsində bu bölgədən olan voleybol məşqçiləri ilə görüş keçirilib.

AVF nümayəndələrinin, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın iştirakı ilə baş tutan görüşdə bölgələrdə voleybolun inkişafından, mütəxəssislərin fəaliyyətindən danışılıb, bu idman növünün yeni qaydaları haqqında ətraflı məlumat verilib. Həmçinin rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, Naxçıvan MR-da təşkil olunan düşərgə bu ilin ikinci düşərgəsidir. İlin ilk düşərgəsi 9-11 fevral tarixlərində Gəncə və Tovuz RVK-larında təşkil olunmuşdur. Növbəti düşərgə 21-23 fevral tarixlərində Sumqayıtda baş tutacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC