Daha bir ağırlıqqaldıranımız Avropa çempionatında körpücük üzərinə qalxdı

12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 

Presssport.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.

Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.

Ömər toplam 318 kq (152+166) nəticə ilə B qrupunda 2-ci yeri tutub.

Atletimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC