Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Presssport.az xəbər verir ki, bu gün Azərbaycan güləşçisi Mariya Stadnik final görüşünə çıxıb.
İdmançımız Türkiyəni təmsil edən Evin Demirhanla üz-üzə gəlib. Rəqibinə "tuş"la qalib gələn Stadnik Avropa çempionu titulunu qazanıb.
Qeyd edək ki, bu, Mariyanın qitə birinciliyində qazandığı 10-cu qızıl medaldır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC