Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.
Presssport.az xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Bosniya və Herseqovinanın “Voqoşka” və Rumıniyanın “Minamur Baya Mare” komandaları arasında keçiriləcək cavab görüşünə təsadüf edəcək. Qarşılaşma fevralın 18-də Voqoşka şəhərindəki “Sportska Dvorana Amel Beçkoviç” zalında təşkil olunacaq.
Komandalar arasında Rumıniyada baş tutan ilk oyunda “Minamur Baya Mare” 36:26 hesablı qələbə qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC