Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Presssport.az xəbər verir ki, Azərbaycan güləşçisi Elis Manolova (65 kq) yarışda bürünc medal qazanıb. O, 3-cü yer uğrunda görüşdə Almaniya təmsilçisi Anne Nurnbergeri üstələyib.
Birgül Soltanova (62 kq) isə bürünc mükafat uğrunda dueldən məğlub ayrılıb.
Beləliklə, qadın güləşçilərimiz Avropa çempionatını 3 medalla başa vurublar. Daha əvvəl Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl bu çempionatında 8 medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə brünüc medala sahib olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC