Azərbaycan təmsilçiləri martın 3-də Monteneqronun Budva şəhərində start götürəcək gənc boksçular arasında “Adriatik incisi” beynəlxalq turnirində iştirak edəcək
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, millimiz həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.
Yığmamın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.
Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.
“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.
Onu da bildirək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC