"Sabah"ı məğlub edib, finala adlamaq niyyətindəyik" - "Neftçi"nin hücumçusu

"Neftçi"nin hücumçusu Ağadadaş Salyanski açıqlama verib.

Presssport.az xəbər verir ki, o, komandasının ölkə kubokunun 1/4 finalında "Kəpəz"ə qalib gələrək yarımfinala vəsiqə qazanmasına münasibət bildirib: "Baş məşqçimiz paltardəyişmə otağında bildirdi ki, ilk oyundakı qələbəyə, havanın qarlı olmasına fikir verməyək və yalnız oyuna fokuslanaq. Yaxşı nəticə qazanaraq, yarımfinala adlamağımızın önəmli olduğunu da demişdi. Şadam ki, qalibiyyətlə növbəti mərhələyə adladıq. Bizim məqsədimiz kuboku qazanmaqdır. Turnir cədvəlinə baxsaq, lap üst pillələrdən təəssüf ki, bir az geridəyik. Ora çatmaq çətin görünür. Amma biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Hər bir komanda bu cür edir".

"Ağ-qaralar"ın gənc hücumçusu ölkə kubokunu qazanmaq şanslarını isə bu cür dəyərləndirib: "Kubokda şansımız var. Şükürlər olsun ki, yarımfinala vəsiqə qazanmışıq. Rəqibimiz də "Sabah"dır. Mübarizəmizi sona qədər aparacağıq. Onları məğlub etmək istəyirik. Hər şey özümüzdən asılıdır. Qələbə qazanmaq istəyirik. Bir şansımız varsa, o da kubokdur. 100 faiz yaxşı hazırlaşacağıq. "Sabah"ı məğlub edib, finala adlamaq niyyətindəyik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC