AFFA Region Liqasının debütantı "Xankəndi" heyətinə yeni futbolçu qatıb.
Presssport.az xəbər verir ki, Qarabağ təmsilçisi yarımmüdafiəçi Hüseyn Mənəfli ilə anlaşıb.
24 yaşlı futbolçu "Qarabağ"ın yetirməsidi və onun akademiya komandalarında oynayıb.
Mənəfli "Zirə" və "Hypers Guba"da da forma geyinib.
Xatırladaq ki, AFFA Region Liqasında yeni mövsümün püşkü martın 4-də atılacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC