Futbolda yeni qayda - bu halda künc zərbəsi təyin olunacaq

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) Oyun Qaydalarına yeni dəyişikliyi təsdiqləyib.

Presssport.az xəbər verir ki, dəyişiklik qapıçılarla bağlıdı.

Qərara əsasən, "səkkiz saniyə qaydası" tətbiq olunur. Belə ki, qapıçı topu səkkiz saniyədən çox əlində saxlayırsa, rəqibin xeyrinə künc zərbəsi təyin ediləcək. 

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qərar Şimali İrlandiyanın Belfast şəhərində İrlandiya Futbol Assosiasiyasının (IFA) ev sahibliyi etdiyi İFAB-ın 139-cu yığıncağında qəbul olunub. Yeni qayda 2025/26 mövsümündən etibarən tətbiq olunmağa başlayacaq.

Xatırladaq ki, əvvəllər “altı saniyə qaydası” qüvvədə idi və ona əsasən, rəqibin xeyrinə cərimə zərbəsi təyin olunurdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC