"Onsuz da Mahirə qarşı kin saxlamırdım" - Kloze

“Nürnberq”in Miroslav Kloze azərbaycanlı futbolçusu Mahir Emreli ilə bağlı növbəti dəfə danışıb. 

Presssport.az xəbər verir ki, millimizin hücumçusu 2 oyundan sonra klubun iştirak ərizəsinə daxil edilib və ötən gün II Bundesliqanın 24-cü turunda “Hannover-96” ilə görüşün (1:2) 77-ci dəqiqəsində meydana çıxıb.

Kloze məşhur “Bild” nəşrinə açıqlamasında Mahirlə probleminin olmadığını vurğulayıb: “Onsuz da Mahirə qarşı kin saxlamırdım. Onunla yenidən danışdıq. Mahir bununla bağlı bəyanat da yaydı və bunu çox müsbət hesab edirəm. Mahir hər şeyi düşünüb və yenidən əsas heyətə daxil olmaq istəyir. Bu, son bir neçə gündəki məşqdə də özünü büruzə verdi. Onda açıq-aydın inkişaf gördük”.

Xatırladaq ki, Almaniya mediası Emrelinin bundan əvvəlki 2 çempionat matçında iştirak ərizəsində yer almamasını Cənubi Koreyanın “Seul” klubuna keçmək istəyi ilə əlaqələndirmişdi. Mahirin özü isə 3 gün əvvəl “Nürnberq”də qalacağını açıqlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC