Millimizin 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində finala yüksəlib.
Presssport.az xəbər verir ki, Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) yarımfinal döyüşlərini qələbə ilə başa vurub.
Süleymanov finala gedən yolda Giorgi Kapanadze (Gürcüstan) ilə döyüşüb. Görüş boksçumuzun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. O, qızıl medal uğrunda qarşılaşmada Xujanazar Nortojyevlə (Özbəkistan) üz-üzə gələcək.
Qəhrəmanov Demur Kajayadan (Gürcüstan) güclü olub. O, 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz finalda Torexan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.
Digər boksçularımızdan Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olduqları üçün turniri bürünc medalla başa vurub. Hüseynov Daniyal Sabitlə (Qazaxıstan) qarşılaşmanın 2-ci raundunda zədələndiyindən döyüşü davam etdirə bilməyib.
İsgəndərovun Torexan Sabirxanla (Qazaxıstan) görüşündə isə rəqib 3:2 hesabı ilə qələbə qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC