“Neftçi” İdman-Sağlamlıq Mərkəzinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov uzun müddət prezidenti olduğu “Neftçi”nin ən yaxşı yetirmələrindən, millimizin sabiq üzvü olan futbolçusu Araz Abdullayev haqda danışıb.
O, Presssport.az-a açıqlamasında bu mövsüm "Qaradağ Lökbatan"da çıxış edən 32 yaşlı yarımmüdafiəçiyə keçmiş günləri unutmayaraq onun qarşılığını təmənnasız verdiyinə görə təşəkkür edib: “Çox sağ olsun ki, Araz bizə gəldi. Özünüz də bilirsiniz ki, bu gün 2-3 Araz kimi futbolçumuz olsaydı, "Qaradağ Lökbatan” hazırda turnir cədvəlində sonuncu yox, yaxşı yerlərdən birində olardı. Ona təklif elədim. Vallah-billah nə pul istədi, nə para, utandım, həqiqətən utandım. Dedi ki, sizinlə müəyyən məbləğ qarşılığında müqavilə bağlaya bilmərəm, mənə vaxtilə belə bir dəstək olmusunuz. Sağ olsun, bunları itirmədi. Baş məşqçimiz Amit Quluzadənin özü də gəldi ki, komanda pis vəziyyətdi, kömək edim. Onlar mənə dayı deyir. İdmançılarımızla aramızda həmişə dayı-bacıoğlu münasibəti olub".
Sadıqov Abdullayevin yenidən Premyer Liqada top qovacağına inanır: “İnanıram ki, Araz Premyer Liqaya layiq bir futbolçudi və gələcəkdə hansısa bir kluba transfer olub gedəcək. Hələ onun yaşı var, yüksək liqada oynaya bilər. Onunku hələ oynamaqdı, məşqçilik hələ tezdi. Arazın özü də oynamaq əzmindədi, məşqçi olmaq həvəsində deyil. Bir də nə yaşı var ki…Onun yaşıdları bu dəqiqə Premyer Liqada çıxış edir. Bu il keçdi, inanıram ki, gələn mövsüm Araz hansısa iddialı klublarımızdan birində rahat oynaya bilər”.
Xatırladaq ki, Abdullayev Sadıqovun prezidenti olduğu “Neftçi”ylə karyerasında ilk dəfə çempion olub, ordan İngitərənin Premyer Liqası təmsilçisi “Everton"a keçib. Abdullayevin keçən yaydan çıxış etdiyi I Liqa klubu ”Qaradağ Lökbatan" “Neftçi” İSM-nın nəzdində fəaliyyət göstərdiyini də vurğulayaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC