"Zirə" Tovuzdan inamlı qələbəylə qayıdır

Bu gün Misli Premyer Liqasında 25-ci turun 2-ci oyun günüdü.

Presssport.az xəbər verir ki, günə bölgədə start verilib.

Belə ki, "Turan Tovuz" liderin ən yaxın izləyicisi olan "Zirə"ni qonaq edib. Qərb təmsilçisi qələbə qazanıb ilk "3-lüy"ə daxil olmaq əzmində olsa da, qonaqlar buna imkan verməyib. Belə ki, Rəşad Sadıqovun komandası inamlı qələbə sayəsində 2-ci pillədəki mövqeyini qoruyub. 

4 mart (çərşənbə axşamı)

17:30. “Turan Tovuz” – “Zirə” 0:2  
Qollar: Q.Alıyev, 5-pen, İ.Cibrila, 57

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı, Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz. Şəhər stadionu

“Turan Tovuz”: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 6. Araş Qaderi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev
19. Orxan Əliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 90. Joarlem Santos, 40. Kauan Martins, 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 17. Ayron Qomis, 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC