Azərbaycanın Zidanı “Adriatik incisi”nə qələbəylə başlayıb

Azərbaycan boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə qələbə ilə start verib.

Presssport.az xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan idmançımız 1/8 finalda qazaxıstanlı Almaz Nurlanı 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib.

Hümbətov növbəti görüşündə İlgiz Korqonbayevlə (Qırğızıstan) gücünü yoxlayacaq. Döyüş martın 6-da baş tutacaq.

Xatırladaq ki, millimiz martın 9-da başa çatacaq yarışa 3 oğlan, 4 qız boksçu ilə qatılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC