Azərbaycan Cüdo Federasiyası ACF turuna start verir

Azərbaycan Cüdo Federasiyası (ACF) kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə yeni ACF Turuna başlayır.

Bu barədə Presssport.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Növbəti belə yarış martın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək. Turnirdə 40 klub və idman cəmiyyətindən 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Onu da bildirək ki, cari ildə üç belə yarışın təşkili planlaşdırılır. Yekunda idmançıların reytinq siyahısı formalaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC