Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev dələduzluq işi üzrə həbs edilib.
Presssport.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
31 yaşlı sabiq yarımmüdafiəçi fırıldaqçı dəstədə kuryer kimi fəaliyyət göstərməkdə ittiham olunub. Abatsiyevin qoşulduğu dəstə 79 yaşlı təqaüdçünü aldadaraq 14 milyon rublunu (təqribən 265 min 188 manat) alıb.
Rusiyanın Moskva şəhərində həbs olunan Abdull törətdiyi cinayəti etiraf edib. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb.
Xatırladaq ki, Abatsiyev Azərbaycanın əsas millisində 1 oyun keçirib. Azərbaycanın U-21, U-19, U-17 yığmalarında da oynayan futbolçu ölkəmizdə “Sumqayıt”, “İnter” (indiki “Şamaxı”), Rusiyada “Alaniya”, “OİK-Rostov”, “Olimp-Ximki”, “Maşuk-KMV” və “Armavir” klublarında çıxış edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC