AFFA “Sabah”ln futbolçusu Ayaz Quliyevin Azərbaycan vətəndaşlığını alması barədə xəbəri təsdiqləyib.
Presssport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Rusiyanın sport24.ru saytına açıqlamasında deyib: “Bəli, Ayaz Quliyev Azərbaycanın vətəndaşlığını alıb və onun milli komandada oynaması üçün heç bir hüquqi maneə qalmayıb”.
Bəs, 28 yaşlı yarımmüdafiəçinin Azərbaycan milliisinə dəvət alması realdırmı? Məmmədli deyib ki, Azərbaycan milli komandası bu ay iki yoldaşlıq oyunu keçirəcək — 22 martda Haiti, 25 martda isə Belarus ilə qarşılaşacaq: “Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Azərbaycanda və xaricdə çıxış edən bütün futbolçuları izləyir. O, Ayaz Quliyevin vəziyyəti haqqında məlumatlıdır. Haiti və Belarusla oyunlardan əvvəl Santuş heyəti açıqlayacaq və biz də biləcəyik ki, bu matçlar üçün komandaya kimlər dəvət olunacaq”.
Bu yerdə bildirək ki, Quliyev Moskva “Spartak”ının yetirməsidir və U-19 səviyyəsində Rusiya yığmasının heyətində Avropa çempionu olub. O, həmçinin Rusiya U-21 millisinin də oyunçusu olub. Bir neçə il əvvəl Quliyevə AFFA tərəfdən bir neçə dəfə Azərbaycanın əsas millisində oynamaq təklif olunsa da, o, bunu qəbul etməyib.
Bu mövsüm Ayaz "Sabah"ln heyətində bütün turnirlərdə cəmi 8 oyunda meydana çıxıb. O, xeyli vaxtdı zədə üzündən oynamır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC