Sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə birinciliyi davam edir.
Pressport.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın 2-ci günündə sərbəst güləş üzrə 41, 48, 57, 68 və 85 kq-da qaliblər müəyyənləşib.
Hüseyn Rzazadə (41 kq), Tunar Sultanzadə (48 kq), Muraz Hüseynov (57 kq), Xəyal Şükürlü (68 kq) və Elgün Kərimov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da birincilikdə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Xatırladaq ki, bu gün yunan-Roma güləşi üzrə yarışa start verilir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC