"Neftçi" AFFA İntizam Komitəsinin qərarından narazıdı: "Hansısa qərar qəbul olunsa..."

"Neftçi" futbolçusu Bassalu Sambu ilə bağlı AFFA İntizam Komitəsinin qərarından narazıdır.

Presssport.az xəbər verir ki, bu haqda "ağ-qaralar"ın mətbuat katibi Asəf Zeynallı məlumat verib.

O, məsələ ilə bağlı klub daxilində məsləhətləşmələrin getdiyini deyib: "Hansısa qərar qəbul olunsa, bu barədə məlumat veriləcək".

Xatırladaq ki, Sambu "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb. "Ağ-qaralar" isə 1500 manat cərimələnb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC