Sumaya görə "Fənərbaxça"dan "Zirə"yə rəsmi təklif gəlib? - AÇIQLAMA

"Bizə "Fənərbaxça"dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm. Salifu barədə xəbərlər çoxdu. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir". 

Presssport.az xəbər verir ki, bu fikirləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, 21 yaşlı qvineyalı cinah yarımmüdafiəçisinə son vaxtlar maraq dairəsində olmasına növbəti dəfə toxunub: “Kiyev ”Dinamo"sundan təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir. Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm. O da Salifunun bizdəki çıxışından məmnundu. Hamısı işin içində olan məqamlardı. Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC