Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fernandu Santuşun komandası Haiti yığçasə ilə üz-üzə gələcək.
Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Matçın başlama saatı hələlik bəlli deyil.
Bununla da əsas yığmamız 33 illik tarixində ilk dəfə “gənclik şəhəri”ində oyun keçirəcək.
Xatırladaq ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan ilə yoldaşlıq görüşü keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC