Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının qalibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu, "Kəpəz"in futbolçusu Martins Juniordur.
Braziliyalı sol cinah yarımmüdafiəçisinin 19-cu turda "Turan Tovuz"a qarşı matçda vurduğu qol ən yaxşı seçilib. Junior səsvermədə Kadiri Mohammed ("Araz-Naxçıvan"), Olavale Onanuqa ("Turan Tovuz"), Dieqo Valdez ("Neftçi) və Emil Səfərovu ("Qəbələ") qabaqlayıb.
Martinsə “Sabah” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub. Futbolçuya mükafatları "Bank Respublika Arena"da Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC